"Bakı Şəhər Kredit Cəmiyyəti"nin binası

Memar Nicholas August Ernst Von der Nonne

1896-cı ildə tikilmiş «Bakı Şəhər Kredit Cəmiyyəti»nin binası. Bina Mirzə İbrahimov (keçmiş Armyanskaya), 7, İslam Səfərli (keçmiş Fonarnaya), 14 və Lev Tolstoy (keçmiş Gimnaziçeskaya), 138 ünvanlı küçələr boyunca yerləşən məhəllənin yarısını tutur. Bina layihəsinin müəllifi alman memarı Nikolai August von der Nonnedir (16.06.1835 – 13.08.1908). Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.