Bakıdakı Alman Binalarını kəşf edin!

Bu proqram, gözəl Bakı şəhərində alman memarlıq incilərini və onların tarixini kəşf etməyiniz üçün sizin bələdçiniz olacaq. Gəlin başlayaq!

Tətbiqi yükləyin:

Layihə haqqında

Azərbaycanda Almanlar: İnteqrasiya və Təsirin Tarixi

Alman köçkünlərinin tarixı Azərbaycan tarixinin vacib bir hissəsidir. Tarixi mənbələr göstərir ki, artıq XVIII əsrin başlarında ilk alman köçkünləri I Pyotrun təşəbbüsü ilə Rusiya İmperiyasına köç etməyə başlamışdılar. XIX əsrin əvvəllərində, imperator I Aleksandrın (onun həyat yoldaşı alman idi) hakimiyyəti dövründə, yenicə Rusiyaya birləşdirilmiş Cənubi Qafqazda almanların məqsədyönülü şəkildə məskunlaşdırılması başladı.

Gəliş və ilk qəsəbələr

Napoleon müharibələrinin təsiri Avropanın bir çox yerlərində, xüsusilə Vürtəmberq krallığında hiss olunurdu. Cənubi Qafqazın bərəkətli torpaqları yeni bir vətən kimi cəlb edici görünürdü. 1817-ci ilin payızında ilk alman köçkünləri gələrək Marienfeld qəsəbəsini qurdular. 1819-cu ildə bir qrup alman köçkünü Rusiya çarının Qafqazdakı qubernatoru general Aleksey Yermolova Gəncə şəhəri yaxınlığında məskunlaşmaq üçün müraciət etdilər. Bu tələb qəbul edildi və həmin il Gəncəçay çayı sahilindəki viran qalmış bir kəndin yerində Helenendorf (indiki Göygöl) qəsəbəsi yaradıldı. Daha sonra Annenfeld (indiki Şamkir) və digər qəsəbələr, o cümlədən Georgsfeld, Alekseyevka, Elizavetinka və Traubenfeld təsis edildi.

Alman köçkünləri Azərbaycan əhalisi tərəfindən açıq fıkirlilik və dəstəklə qarşılandı.Bu qarşılıqlı qəbul etmə mütəmadi birgəyaşamı təşviq etdi.

İqtisadi inkişafda rol

Alman köçkünləri bir çox sahədə fəal idilər və kənd təsərrüfatı, elm, təhsil və səhiyyə sahələrinə mühüm təhfə verdilər. Helenendorf qısa vaxtda alman icmasının mərkəzinə və regionun önəmli iqtisadi mərkəzinə çevrildi. Xüsusilə üzümçülük və taxılçılıq sahələri inkiaş etdilər. Həmçinin, almanlar ipəkçilik, tənbəki və dənli bitkilərin becərilməsinə dəstək verdilər. "Benkendorf və Ko." kimi şirkətlər Bakı neft sənayesinin inkişafında fəal rol oynadılar.

Alman "Siemens" şirkəti Azərbaycanda mədən sənayesinə mühüm təsiri oldu. 1864-1865-ci illərdə Gədəbəydə mis əritmə zavodu tikildi, 1883-cü ildə Dəşkəsəndə kobalt hasil edilməyə başladı. Bakıda Bibi-Heybət elektrik stansiyası da "Siemens" tərəfindən inşa edildi.

1912-ci ildə Gəncəçay çayı üzərində Azərbaycanın ilk su elektrik stansiyası Helenendorfda istifadəyə verildi. Forer qardaşları Azərbaycanda ilk telefon rabitə sistemini qurdular.

Mədəni və elmi nailiyyətlər

Helenendorf təkcə iqtisadi deyil, eyni zamanda mədəni mərkəz idi. 1842-ci ildə burada ilk alman məktəbi açıldı, 1854-cü ildə inşatı başlayan Müqəddəs Yuhanna kilsəsi 1857-ci ildə istifadəyə verildi.

Alman irsinin qorunması

Azərbaycan alman irsinə böyük önəm verir. 2008-ci ildə Almaniya hökumətinin maliyyə dəstəyi ilə Göygöldəki alman kilsəsi bərpa edilərək yenidən istifadəyə verildi. 2017-ci ildə YUNESKO Azərbaycanda alman məskunlaşmasının 200 illiyini qeyd etdi. Bu ortaq tarix bu gün Azərbaycan-Almaniya əlaqələrinin mühüm təməlini təşkil edir.

Tətbiq hansı imkanları təklif edir?

German Heritage Baku tətbiqi, Bakıda yerləşən alman binalarını tapmaq və onların tarixi haqqında məlumat əldə etmək üçün interaktiv xəritə təqdim edir.

Alman memarlarının binalarını tapmaq üçün interaktiv xəritə
Binaların şəkilləri və tarixi
Memarlar haqqında məlumatlar
Multi dil seçimi imkanları
Dəstək ilə əlaqə
Şəxsi məlumatların təhlükəsizliyi
Azərbaycan Memarlığında Alman İrsi
PDF yükləyin

Azərbaycan Memarlığında Alman İrsi

Əziz oxucu, qoruyub saxlamaq, sənədləşdirmək, insanları öz tarixləri və şəxsiyyətləri ilə məşğul olmağa dəvət etmək – budur Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəniyyəti qorumaq proqramı“nın məqsədi. Həmin proqram çərçivəsində ərsəyə gələn Azərbaycanda alman memarlığına həsr olunmuş kitabla biz Sizi elə məhz buna dəvət edirik.

Elçin Tofiq oğlu Əliyev

Elçin Tofiq oğlu Əliyev

Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakıda anadan olub. 1989-cu ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunun memarlıq fakültəsini bitirib. SVST-də (Slovakiya Texniki Universiteti, Bratislava) təcrübə keçib.

Tez-tez verilən suallar və cavablar

Sual-cavab bölməsində tətbiqdən rahat istifadə etməyə başlamaq üçün əsas məlumatları və vacib addımları tapa bilərsiniz.

Tətbiqdən necə istifadə edə bilərəm?

Tətbiq çox sadə interfeysə malikdir. Sadəcə yükləyin, istədiyiniz binanı və ya memarı axtarın və məlumatlara baxın. Siz həmçinin xəritə vasitəsilə binaların yerlərini tapa və bizimlə əlaqə saxlaya bilərsiniz.

Alman memarlarının üslubu nə ilə fərqlənirdi?

Alman memarları Avropa memarlıq üslubunda işləsələr də, yerli memarlıq xüsusiyyətlərini nəzərə alaraq, Bakının şəhər mənzərəsinə uyğun binalar layihələndiriblər. Onların əsərləri estetik gözəllik, funksionallıq və orijinallıq ilə fərqlənir.

Hansı alman memarları Bakının inkişafına töhfə verib?

Bakının memarlıq tarixində mühüm rol oynayan alman memarları arasında aşağıdakı adlar var:

  • Johann Edel
  • Adolf Eichler
  • Nikolay Von Der Nonne
  • Carl və Otto Hippius qardaşları
  • Gut Fortunat
  • Ferdinand Lemkul
  • Robert Marfeld
  • Leopold Bilfeld
  • Paul Stern
  • Ditrich Tissen
  • Vladimir Somonson
  • Franz Grosetti
  • Adolf Von Skoyan və başqaları.

Onlar Bakıda yüzlərlə yaşayış binaları, sənaye obyektləri, körpülər, kilsələr və məscidlər inşa ediblər.

Tətbiqdə hansı məlumatları tapa bilərəm?

Tətbiqdə siz aşağıdakı məlumatları tapa bilərsiniz:

  • Alman memarlarının yaratdığı tarixi binalar və onların əhəmiyyəti.
  • Binaların memarları və onların Bakıda gördüyü işlər.
  • Hər bir binanın xəritədə dəqiq yeri.
  • Bizimlə əlaqə saxlamaq üçün tətbiq daxilində təqdim olunan əlaqə vasitələri.

German Heritage Baku tətbiqi nədir?

German Heritage Baku tətbiqi, Bakının alman memarları tərəfindən inşa edilmiş 50-dən çox memarlıq incisini araşdırmağa imkan yaradan bələdçi tətbiqdir. Burada hər bir binanın tarixini öyrənə, onun memarları haqqında məlumat əldə edə və xəritə üzərində yerlərini tapa bilərsiniz.

German Heritage Baku tətbiqi ödənişlidir?

Xeyr, tətbiq tamamilə pulsuzdur və istənilən istifadəçi tərəfindən rahatlıqla yüklənib istifadə edilə bilər.

Tətbiqdə texniki problem yaşasam nə etməliyəm?

Əgər tətbiqdə hər hansı bir problem yaşasanız, bizimlə əlaqə bölməsindən müraciət edə bilərsiniz. Komandamız sizə tez bir zamanda kömək edəcəkdir.

QR-ni skan edin və yükləyin!

German Heritage Baku