«Qarşılıqlı Kredit Cəmiyyəti»nin binası

Memar Nicholas August Ernst Von der Nonne

Bakının Petrovskaya meydanında 1887-ci ildə tikilmiş «Qarşılıqlı Kredit Cəmiyyətinin» ikimərtəbəli binası. İndiki Səməd Vurğun adına küçə (keçmiş Krasnovodskaya) ilə Neftçilər prospektinin (keçmiş II Aleksandr adına küçə) kəsişməsindəki binanın layihəsinin müəllifi alman memarı Nikolay Avqust fon der Nonnedir (16.06.1835 – 13.08.1908). Hazırda meydan artıq yoxdur - onun yerində Muzey Mərkəzinin indiki binası tikilib. Və «Qarşılıqlı Kredit Cəmiyyəti»nin binasında hazırda Azərbaycan Müdafiə Nazirliyinin strukturlarından biri yerləşir və həmin binanın üçüncü mərtəbəsini əlavə tikib.