Bakı Quberniya Xəzinədarlığının binası

Memar Johann Vilhelm Edel

Bakı Quberniya Xəzinədarlığı üçün bina 1892-1893-cü illərdə memar Cohn Vilhelm Edelin (1863 - 14.02.1932) layihəsi əsasında Bül-Bül prospektində (keçmiş Bolşaya Morskaya küçəsi), 8 ünvanında tikilmişdir.

Sərt neo-yunan sistemi və klassik simmetriya prinsipləri əsasında ucaldılan bina XIX əsrin sonu - XX əsrin əvvəllərində hökm sürən bu memarlıq üslubunun təkcə Bakıda deyil, həm də Avropa miqyasında istiqamətini əks etdirir.

Bu bina memar Con Vilhelm Edelin çoxsaylı əsərlərindən biridir ki, onu Bakının demək olar ki, bütün mərkəzi küçələrində görə bilərik: monumental, incə çəkilmiş və keyfiyyətli tikilmiş, memarlıq abidələridir.