Müqəddəs Apostol Varfolomey adına kilsənin qalıqları

Memar Johann Vilhelm Edel

Qız qalasının yanında atəşpərəstlərin qədim məbədinin bünövrəsi üzərində ucaldılmış keçmiş məscidin binası yerləşirdi. Bakı şəhəri alındıqdan və Rusiya imperiyasına birləşdirildikdən sonra köhnə məscidin binası Rusiya hərbi idarəsinə verilmişdir. Binanı həbsxana kamerası üçün uyğunlaşdırdılar - təhkimli iş üçün sürgün edilən cinayətkarlar orada saxlanılırdı. Bina daha sonra hərbi anbar kimi fəaliyyət göstərib.

1818-ci ildə bina Bakıdakı ilk pravoslav kilsəsi - Möcüzəçi Nikolay adına yenidən tikildi.

Bir neçə ildən sonra, şəhərdə daha bir yeni pravoslav kilsəsi tikildikdən sonra, Qız qalasının yanındakı köhnə kilsənin yenidən məscidə çevrilməsi məsələsi ortaya çıxdı. 1870-ci illərdə bina çox pis fiziki vəziyyətdə idi və dağılırdı.

Buna görə də 1891-ci ildə alman memarı Cohn Vilhelm Edelə (1863 - 14.02.1932) Qız Qalasının yaxınlığında, Bakıda ilk pravoslav kilsəsinin yerləşdiyi yerdə, əvvəllər isə məscid olan Müqəddəs Apostol Varfolomey daş kilsəsinin layihələndirilməsi və tikintisi tapşırılıb.

Şəxsi ianələr əsasında tikilmiş ibadətgah 1892-ci ildə təqdis edilib və İsa Məsihin şagirdlərindən biri olan Müqəddəs Həvari Varfolomeyin şərəfinə adlandırılıb.
Tikinti rus üslubunda kiçik gözəl bir kilsə idi, günbəzində aynalı xaç ucaldılmışdı.

Təəssüflər olsun ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən və ölkədə kommunist diktaturası qurulduqdan sonra kapella 1930-cu ildə bağlanıb. Uzun illər boş idi, 1936-cı ildə dağıldı və onun yalnız bünövrəsi qaldı.