İslam Səfərli (keçmiş Vorontsovskaya) küçəsi, 25 və Əliövsət Quliyev (keçmiş Aziatskaya) küçəsi, 73 ünvanlarının kəsişməsində yerləşən iki mərtəbəli yaşayış binası. Bina 1896-cı ildə tikilib. Layihənin müəllifi memar Nikolay August von der Nonnedir (16.06.1835 – 13.08.1908). Yaşayış binası tarixi şəhər inkişafının əsasını təşkil edən binalardan biridir. Bina XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid Bakının memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.