İmam Hüseyn Məscidi

Memar Adolf Eichler

İmam Hüseyn məscidi. Məscidin tikintisi ideyası Bakı milyonçusu Hacı Hacıbaba Aşumova məxsus idi. Məhz o, 1895-ci ildə memar Adolf Vilhelm Eyxleri (08.10.1869 – 05.02.1911) məscid layihəsinin müəllifi kimi dəvət etmişdi. Həmin il memar müqəddəs bir binanın layihəsini hazırladı.

Məscid 1986-cı ildə Abdulla Şaiq (keçmiş Yuxarı Naqornaya küçəsi), 14 və Süleyman Tağızadə (keçmiş Poçt küçəsi), 32 ünvanlarının küncündə tikilib.

Sovet dövründə məscid ibadət yeri kimi bağlanmışdı. Burada müxtəlif vaxtlarda anbar yerləşirdi, stolüstü lampalar istehsal edən kiçik zavod işləyirdi, 1978-ci ildən «Giproteatr» Layihə İnstitutunun Bakı filialı yerləşir.

Bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarix və mədəniyyət abidələri ilə bağlı sərəncamına əsasən, İmam Hüseyn məscidi ölkənin tarixi və mədəniyyət abidəsidir və dövlət tərəfindən mühafizə olunur.