Qoqol küçəsində yaşayış binası

Memar Johann Vilhelm Edel

Qoqol küçəsi, 3 və Nizami (keçmiş Torqovaya) küçəsi, 56 kəsişməsində ikimərtəbəli yaşayış binası 1895-ci ildə alman memarı Cohn Vilhelm Edelin (1863 - 14.02.1932) layihəsi əsasında tikilmişdir. Daha sonra, XX əsrin ortalarında, binaya daha bir mərtəbə əlavə edildi.

Binanın memarlıq kompozisiyası order sistemi prinsipləri əsasında qurulub. Pəncərə açılışlarının ritmi, divarlarının rustik şəkildə döşənməsi, dekorativ memarlıq elementlərinin zənginliyi və daş detalların əla keyfiyyəti çox gözəl və maraqlı kompozisiya yaradır.

Qoqol küçəsi və Nizami küçəsi boyu binanın uzun fasadları ön giriş portalları və vitrinlərin böyük açılışları ilə təmsil olunur.
Bina mərkəzin tarixi məhəllələrinin şəhərsalma strukturunda fəal işləyir. Maraqlıdır ki, memar Con Edel əslində Qoqol və Nizami küçələrinin kəsişməsində, demək olar ki, bütün künc binalarını layihələndirib.