Babadjan Davidoviç Lazarevin yaşayış binası

Memar Johann Vilhelm Edel

Yusif Məmmədəliyev küçəsində (keçmiş Polis küçəsində) yerləşən malikanə 1894-1896-cı illərdə istedadlı alman memarı İoann Vilhelm Edelin (1863 - 14.02.1932) layihəsi əsasında Şərq barokko üslubunda tikilib.

Binanın frontonu malikanənin ilk sahibi, Rusiya İmperatoru I Aleksandrın 1879-cu ildə Bakı yaxınlığında Balaxanı kəndi ərazisində 10 desyatin (10,9 ha) neftli torpaq sahəsi hədiyyə etdiyi Şuşadan olan general-leytenant İvan Davidoviç Lazarevə məxsus olduğu güman edilən «LB» inisialları təsvir edən monoqramla bəzədilib. İvan Davidoviç, qardaşları Yakov və Babacan ilə birlikdə işlətdiyi kiçik «Lazarev qardaşları» neft şirkətinin yaradıcısı idi. Ola bilsin ki, bina Babacan Davidoviç Lazarevin vəsaiti hesabına tikilib.

Sonralar binada «Münch und Weiss» ticarət şirkəti yerləşirdi.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gürcüstanın diplomatik nümayəndəsi N.S.Alşibay burada yaşayıb.

Yusif Məmmədəliyev küçəsindəki malikanə memar İoann Edelin ən gözəl əsərlərindən biridir və XIX əsrin sonu - XX əsrin əvvəlləri dövründə Bakı memarlığının vizit kartıdır.