Nikolay Tatosovun yaşayış binası

Memar Nicholas August Ernst Von der Nonne

Neftçi Nikolay Tatosovun 1889-cu ildə İstiqlaliyyət (keçmiş Nikolaevskaya) küçəsində, 37 ünvanında tikilmiş yaşayış binası. Layihənin müəllifi alman memarı Nikolay Avqust Von der Nonnedir (16.06.1835 – 13.08.1908). Binanın birinci mərtəbəsində Rusiya imperatoru II Aleksandrın sərəncamı ilə 1874-cü il yanvarın 30-da yaradılmış «Bakı Neft Cəmiyyətinin» idarəsi yerləşirdi. Bakının ən gözəl tikililərindən biri memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.