İslam Səfərli (keçmiş Vorontsovskaya) küçəsi ilə Dilarə Əliyeva (keçmiş Suraxanı) küçəsinin kəsişməsində ikimərtəbəli yaşayış binası. Bina 1886-cı ildə tikilib. Bina layihəsinin müəllifi memar Nikolay August von der Nonnedir (16.06.1835 – 13.08.1908). Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.