Nizami küçəsində yaşayış binası

Memar Adolf Eichler

Nizami (keçmiş Qubernskaya), Nigar Rəfibəyli (keçmiş Kolyubakinskaya) və Zərgərpalan (keçmiş Spasskaya) küçələrinin kəsişməsində yerləşən yaşayış binası. İki mərtəbəli bina 1898-ci ildə tikilib. Layihənin müəllifi alman memar Adolf Vilhelm Eihlerdir (08.10.1869 – 05.02.1911). Daha sonra, XX əsrin ortalarında binaya əlavə iki mərtəbə əlavə edildi.