Bülbül (keçmiş Bolşaya Morskaya) və Əzi Aslanov (keçmiş Karantin) küçələrinin kəsişməsində yaşayış binası. Tacir Hacı Hacıağa oğlu Dadaşovun ikimərtəbəli evi memar İohan Vilhelm Edelin (1863 - 14.02.1932) layihəsinə əsasən 1896-cı ildə tikilmişdir. Sovet dövründə binaya əlavə iki mərtəbə əlavə edildi.