Zərifə Əliyeva adına küçədə yaşayış binası

Memar Nicholas August Ernst Von der Nonne

Zərifə Əliyeva (keçmiş Merkuriyevskaya) küçəsi, 59, Səməd Vurğun (keçmiş Krasnovodskaya) küçəsi, 9 kəsişməsində yerıəşən yaşayış binası. Bina XIX əsrin sonlarında tikilib. Layihənin müəllifi alman memarı Nikolay Avqust Von der Nonnedir (16.06.1835 – 13.08.1908). Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.