Neftçilər prospektində yaşayış binası

Memar Nicholas August Ernst Von der Nonne

İki mərtəbəli yaşayış binası 1887-ci ildə alman memarı Nikolay Avqust fon der Nonnenin (16.06.1835 – 13.08.1908) layihəsinə əsasən tikilmişdir. Bina Bül-Bül prospekti (keçmiş Bolşaya Morskaya küçəsi), 1 və Neftçilər (keçmiş İmperator II Aleksandrın) prospekti, 127-nin kəsişməsində yerləşir. Binaya 1950-ci illərdə daha iki mərtəbə əlavə tikilib. Şəhərin tarixi mərkəzinin planlaşdırma strukturunda bucaqlı mövqeyinə görə ev əsas həcmli tikinti elementlərindən biridir və şəhərin inkişafında mühüm rol oynayır. Yaşayış binası memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.