Səməd Vurğun küçəsində yaşayış binası

Memar Johann Vilhelm Edel

Səməd Vurğun küçəsi 7-də (keçmiş Krasnovodskaya küşəsi) yerləşən yaşayış binasının müəllifi memar İohann Vilhelm Edeldir (1863 - 14.02.1932). Bina 1898-ci ildə tikilmişdir.

Yaşayış binası özünün həcmliliyi, böyüklüyü və memarlıq həllinə, həm də klassik formaların sərbəst həllinə görə, şəhərin bu hissəsinin memralığında həlledici yer tutur.

Bina klassik formalı monumental fasadı sayəsində, memarlıq formalarının mütənasib bölgüləri nəticəsində və bacarıqla istifadə olunmuş order sisteminin elementləri ilə Bakı memarlığında önəmli yer qazanıb.

Bina İohan Edelin yaradıcılığında mühüm yer tutur və XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı memarlığının abidəsi hesab edilir .