İsabəy Hacınskinin yaşayış binası

Memar Johann Vilhelm Edel

Bakıda keçmiş İmperator II Aleksandrın adını daşıyan Sahil küçəsində (indiki Neftçilər prospektində) yerləşən əzəmətli bina, 1870-1920-ci illərdə Azərbaycanda ilk neft bumu dövrünün ən parlaq və diqqətəlayiq memarlıq abidələrindən biridir. Bakılıların yaşlı nəsli arasında qeyri-adi Roma-Qotik memarlığı ilə diqqət çəkən bu gözəl köhnə malikanə daha çox «Hacınski evi» kimi tanınır.

Məhz bu binada o dövrün memarlığının ən xarakterik xüsusiyyətlərini, məsələn, üslubun eklektikliyini, daş üzərində filiqran işi, həm bina sahibinin, həm də memarın qeyri-adi təxəyyül uçuşunu izləmək olar (bakılı memar Yohann Vilhelm Edel (1863 – 14.02.1932) idi). İnqilabdan əvvəlki bir çox malikanələr kimi, Hacınskinin evini birmənalı şəkildə hər hansı bir memarlıq üslubuna aid etmək çətindir. Bununla belə, inqilabdan əvvəlki Bakının memarlığının füsunkarlığı əhəmiyyətli dərəcədə müxtəlif memarlıq cərəyanlarının laylanmasında və bəzən ötkəm fərdiyyətçiliyində gizlənir.

Bina, şəhərin sahil zolağı və dəniz fasadı boyunca uzanan İmperator II Aleksandrın adını daşıyan Sahil küçəsinin dominantlarından biridir. XX əsrin əvvəllərində Bakının dənizkənarı məhəllələri əsasən bir və ikimərtəbəli idilər. İsa bəy Hacınskinin beşmərtəbəli, üstəlik küncdə erker-qülləli malikanəsi dərhal dominanta çevrilərək, kimin kim olduğunu bəyan etdi. Onun şəfalı, fəal silueti və həcmli kompozisiyası Bakının tarixi məhəllələrinin strukturunda aparıcı yer tutdu. Yaşayış binasının memarlıq həllində əsasən roman memarlığının prinsiplərindən istifadə edilmişdir, XX əsrin əvvəllərinin bədii vəzifələrinə xas olan bütün xarakterik ziddiyyətlər nəzərə alınmaqla. Frontonların zirvələrindən yoldan keçənlərə indiyəcən görünməyən mühafizəçilərin başları baxırdı. Künc erkerin dominant şaquliliyi və əsas fasadın sıldırımlı frontonu ilə tamamlanan ox sistemi binanın memarlığının həlli üçün «açıq vərəq» rolunu oynadı.

Binanın fasadlarında, modern üslubunda qəbul edildiyi kimi, roman motivləri və gözətçi qülli və qüdrətli sütunlu orta əsr qalalarının stilizasiyasının sərbəst həftəbəcəri hökm sürürdü. Sərtlik şuxluğa çevrilirdi. Fasadlarda və pəncərələrin altında estetik və bədii keyfiyyətlərə malik mozaikalar, rəngli vitrajlar, lociyalar, eyvanlar və erkerlər formasında həcmli plastikadən geniş istifadə olunmuşdur. Mozaika və vitrajların üzüm tənəkləri və xurma yarpaqlarının plastik relyeflərilə qonşuluğundan estetik zövq almaq olar. Binada dekorativ yapma divarların və plafonların plastikliyi üçün əsas təşkil əsas pilləkənin və yaşayış otaqlarının interyerləri də çox maraqlı həll olunub.

İsa bəy şəhərə romantik modernizmin gözəl nümunəsini bəxş etmişdir.

İsa bəy Hacınskinin Qız qalası ətrafındakı malikanəsi sanki sahibinin statusu, sosial mövqeyi və nəhəng nüfuzunu əks etdirmək məqsədini güdür. Onun müxtəlif hündürlükdə yeddi şpil ilə vurğulanan formalarının yüngülliyi və çəkisizliyi, ən yaxşı ənənələrdə və qədim Assuriya üslubunda mozaika təsvirləri ilə işlənmiş zəngin memarlıq dekoru ilə vəhdətdə ifadəli qüllə şəklində möhtəşəm həll edilmiş künc fasadı az qala fantastik təəssürat yaradır və sanki bizi bir növ nağıl dünyasına aparır. Sahibinin tükənməz təxəyyülü, memarın incə zövqü və icra keyfiyyəti müxtəlif mədəniyyətlərin təsirlərini özündə cəmləşdirməyi və üzvi şəkildə sintez etməyi bacaran sırf Bakı memarlığının əsl şah əsərini yaratdı.

Bir vaxtlar İsa bəy Hacınskinin bütün ailəsi bu sarayda yaşayırdı: onun heç də az nəcabətli olmayan Xanlarovlar nəslindən olan həyat yoldaşı Xeyransa xanım, oğulları Sadıq bəy, Əhməd bəy, Əli bəy və qızı Zübeydə xanım. Hacınski ailəsinin portretləri ilə qısa tanışlıq onların nəcib mənşəyi, incə davranışı və sırf ailə görkəmliliyi və zərifliyini hiss etmək üçün kifayətdir.

Bina həm də böyük balların keçirilməsi üçün elə nəzərdə tutulmuşdu ki, uzaqdan gələn çoxsaylı qonaqlar burada bir neçə gün qala bilsinlər. Təəssüf ki, həm ailə malikanəsinin, həm də sahiblərinin tarixi o fırtınalı və bəzən gözlənilməz dövrə uyğun olaraq dramatik şəkildə inkişaf etdi. Sahil küçəsindəki saraya ciddi ziyan dəyməsi ilə müşaiyət edilən 1918-ci ilin martının faciəli hadisələri ailədən yan keçmədi.

Bundan az sonra, 1919-cu ilin yanvarında İsa bəy Hacınski dünyasını dəyişdi.

Hər bir Bakı malikanəsi arxasında onun tarixi, keçmiş sahiblərinin tarixi və onlarla birlikdə bütün dövrün tarixi durur. İsa bəy Hacınskinin sarayı bunun bariz nümunəsidir. Gür çiçəklənmə dövrü keçmiş, erməni daşnakları və bolşeviklərinin qanlı ifratlarını müşahidə etmiş, milliləşdirməyaşamış bu ev ötən əsrin bütün təlatümlü tarixini özündə cəmləşdirib.

Bu evdə Rusiyada Oktyabr inqilabından sonra (demək olar ki, 1935-ci ilə qədər) «AzDuzTrest» Səhmdar Cəmiyyəti fəaliyyət göstərirdi.

II Dünya Müharibəsinin qızğın vaxtında, 1944-cü ilin noyabrında İosif Stalinlə görüşmək üçün dolayı yolla Moskvaya gedən general Şarl de Qoll Bakıda Hacınski evində dayanır. Sovet İttifaqının teleqraf agentliyi Müqavimət generalının Azərbaycan paytaxtına gəlişi haqqında məlumat verirdi: «Noyabrın 27-də saat 14-də Fransa Respublikasının müvəqqəti hökumətinin başçısı general de Qoll və onu müşayiət edən şəxslər Bakıya gəldilər. Hava limanında general de Qollu Azərbaycan SSR hökumətinin nümayəndələri və Moskvadan görüşə gəlmiş Xalq Xarici İşlər Komissarlığının və Xalq Müdafiə Komitəsinin nümayəndələri qarşıladılar. Axşam general de Qoll Azərbaycan Opera Teatrında «Koroğlu» tamaşasına baxdı». Şarl de Qollun binada qısa müddətə qalması barədə fasadda quraşdırılmış barelyef xatırladır. Sonralar bu mənzildə görkəmli kimyaçı alim, 2005-ci ildə YUNESKO tərəfindən yüz illiyi təntənəli şəkildə qeyd edilən Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Heydər oğlu Məmmədəliyevin ailəsi yaşayırdı.

Sevindirici haldır ki, bu gün «Hacınski Evinin» fasadı onun görkəmli sakinlərinin və qonaqlarının xatirəsini əbədiləşdirən xatirə lövhələri ilə bəzədilib. Ancaq, təəssüf ki, bu günə qədər heç nə bina sahibinin özünü xatırlatmır, baxmayaraq ki, evin iki fasad tərəfindəki köhnə fotoşəkillərdə daş üzərində İsa bəy Hacınskinin ərəb qrafikası və kiril əlifbası ilə yazılmış adını görmək olar. Lakin bu dekorativ elementlər, eləcə də binanın əsas portalının üstündə aslan pəncələri olan bədheybət qorelyefinin dəbdəbəli konturları kommunist dövründə izsiz itdi və heç vaxt bərpa olunmadı. İsa bəy Hacınskinin nəticələri isə xeyriyyəçinin beş evindən birində də olsa xatirə lövhəsinin quraşdırılmasına nail ola bilməyiblər.

Hacınskinın yaşayış evi Bakının zəngin memarlıq irsinin bir hissəsi və şəhərdə kapitalizm dövrünün memarlıq abidəsidir.