Məktəb binası

Memar Adolf Eichler

Bəşir Səfəroğlu (keçmiş Kamenistaya) küçəsi ilə Molla Vəli Vidadi (keçmiş Tserkovnaya) küçəsi arasındakı bütün məhəlləni tutan bina 1900-1901-ci illərdə məktəbin ehtiyacı üçün tikilib. Neo-yunan üslubunda tikilmiş layihənin müəllifi alman memarı Adolf Vilhelm Eihler (08.10.1869 – 05.02.1911) olmuşdur.