Yaşayış binası Zərifə Əliyeva (keçmiş Merkuriyevskaya) küçəsi, 57 ünvanında. Bina XIX əsrin sonlarında tikilib. Layihənin müəllifi alman memarı Nikolay Avqust Von der Nonnedir (16.06.1835 – 13.08.1908). Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.