Tacir Hacı Hacıaqa oğlu Dadaşovun yaşayış binası

Memar Johann Vilhelm Edel

Bülbül (keçmiş Bolşaya Morskaya) və Əzi Aslanov (keçmiş Karantin) küçələrinin kəsişməsində yaşayış binası. Tacir Hacı Hacıağa oğlu Dadaşovun ikimərtəbəli evi memar İohan Vilhelm Edelin (1863 - 14.02.1932) layihəsinə əsasən 1896-cı ildə tikilmişdir. Sovet dövründə binaya əlavə iki mərtəbə əlavə edildi.