Mikayel Ovsepoviç Aramyantsın yaşayış binası

Memar Pol Fridrix Ştern

Yüz ildən çoxdur ki, Hazırda «Azneft» adlanan Bakı meydanında 2024-ci ildə 128 yaşı tamam olacaq möhtəşəm üç mərtəbəli bir ev dominant mövqe tutur. Bina, tikildiyi vaxtdan bəri bir neçə dəfə satılıb, mədaxil evi kimi istifadə edilib və tərkibinə Cənubi Qafqazın da daxil olduğu Rusiya İmperiyasında 1917-ci ildə baş verən Oktyabr kommunist çevrilişindən sonra burada Azərbaycan hökuməti yerləşib.

1878-ci ilə qədər Sadovaya küçəsində (indiki Niyazi küçəsi) neft məhsullarının dəniz yolu ilə daşınması üçün qablaşdırmanın istehsalı ilə məşğul olan müəssisələr yerləşirdi. Çəllək istehsalı müəssisələrin ləğv edilməsi və belə adlanan «Qara şəhər» sənaye zonasına yaxın əraziyə keçirilməsi sayəsində, Sadovaya küçəsinin əhatəsi «təmiz» burjua məhəllələri ərazisinə çevrildi. Həmin ərazinin tikintisi 1885-ci ildə başlandı və İçəri şəhər ətrafında həlqə mağistral yolunun ən görünən hissəsi olan Nikolayevskaya küçəsinin (indiki İstiqlaliyyyat prospekti) formalaşması üçün «memarlıq zəminini» yaratdı.

1896-cı ildə, Sadovaya küçəsinin başlanğıcında, Alman memar Paul Fridrix Şternin layihəsi əsasında üçmərtəbəli mədaxil evi inşa edildi. Fasadı Fransa İntibah üslubunda icra edilmiş binanın layihəsi 25 may 1893-cü ildə təsdiq edilmişdir.

Binanın sahibi Tiflisdən Bakıya köçmüş iri sənayeçi, birinci gildiya taciri Mikael Ovsepoviç Aramyants idi (04.05.1843 - 19.12.1922). Evin fasadında indiyə qədər binanın ilk sahibinin venzeli - rus əlifbasının bir birinə dolanmış «M» və «A» hərfləri görünür.

Memar Paul Şternin Bakıda yalnız bu binaya müəlliflik etdiyini, Tiflis (Gürcüstan) sakinlərinin bu alman memarının daha çox yaradıcılıq nümunələri ilə fəxr etdiklərini nəzərə alaraq güman etmək olar ki, Mikael Aramyants Paul Şterni Tiflisdən ilk zamanlar mədaxil evi olmuş məhz bu layihə üçün dəvət etmişdi.

İndi olduğu kimi, bina XX əsrin əvvəllərində də Bakı şəhərinin şəhərsalma quruluşunda ən fəal mövqe tuturdu. Əsas fasadın mərkəzi hissəsindəki qübbəli tamamlanma ilə sarayın üçmərtəbəli monumental həcmi, Fransa İntibah üslubunda memarlıq kompozisiyası təşkil edirdi. Fasadın zəngin plastikliyi, memarlıq detallarının qeyri-adi forması, mükəmməlliyə çatdırılmış inşa mədəniyyəti bu gün də binanın qeyri-adi gözəlliyinə təhfə verir.

1904-cü ilin masa təqvimində yazılıb ki, bu binada 1846-cı ildə növbəti qurumlar yerləşirmiş: Sankt-Peterburqda (Rusiya) təsis edilmiş «Salamanra» sığorta şirkətinin bölməsi; Panyants qardaşlarının agentliyi; A.G.Tağıyevin idarəsi; L.M.Quniantsin komissiya idarəsi; Tağıyev və Mikaelovun idarəsi; «Bakı Neft və Ticarət Yoldaşlığı»nın və “Kerosin və Neft İstehsalatı üzrə Yoldaşlığ”ın neft sənayesi idarələri; «Oleum» Rusiya nefti və maye yanacağı istehsalı Cəmiyyəti»nin idarəsi; «Quru meyvələr» şirkəti; «Vulkan» cəmiyyəti; «Kussis və Teofilaktos» ticarət evinin idarəsi və s.

1913-cü ildə binada Bakı şəhər rəisi (qradonaçalniki), Rusiya Jandarm Korpusunun polkovniki Pyotr İvanoviç Martınovun ofisi yerləşirdi.

1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyəti dövründə binanın birinci mərtəbəsində Böyük Britaniyanın həmin zaman vitse-konsul, şotlandiyalı Con Lesli Urkvart (John Leslie Urquhart) tərəfindən rəhbərlik edilən konsulluğu yerləşirdi.

Bu gün binada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyinin baş ofisi yerləşir.