Səməd Vurğun küçəsində yaşayış binası

Memar Johann Vilhelm Edel

1896-1899-cu illərdə Səməd Vuğun (keçmiş Krasnovodskaya) küçəsi, 10 və Üzeyir Hacıbəyov (keçmiş Birjevaya) küçəsinin kəsişməsində üçmərtəbəli yaşayış binası tikilmişdir. Bina şəhərsalma və həcm-məkan baxımından Bakı şəhərinin tarixi məhəllələrində mühüm yer tutur. Tikinti layihəsinin müəllifi alman memarı İohan Vilhelm Edeldir (1863 - 14.02.1932).