Bakı şəhərinin monumental tikililərindən biri Səməd Vurğun (keçmiş Krasnovodskaya) küçəsi ilə Zərifə Əliyeva (keçmiş Merkuriyevskaya) küçəsinin kəsişməsində yerləşir. 1887-ci ildə tikilmiş bina indi mövcud olmayan keçmiş Petrovskaya meydanı ilə üzbəüz idi və onun yerində XX əsrin ortalarında Muzey Mərkəzi tikilmişdir. Layihənin müəllifi alman memarı Nikolay Avqust Von der Nonnedir (16.06.1835 – 13.08.1908).