Kolesnikovun yaşayış binası

Memar Johann Vilhelm Edel

Tacir Kolesnikovun ikimərtəbəli yaşayış evi 1891-ci ildə memar İohan Vilhelm Edelin (1863 - 14.02.1932) layihəsi əsasında tikilmişdir. Ev üç küçəyə açılırdı (Tərlan Əliyarbəyov 8 (əvvəlki Milyutinski küçəsi); Əbdülkərim Əlizadə 7 (əvvəlki Baryatinski küçəsi) və Polşa Memarlarının (keçmiş Xurşud Banu Natəvan) adına və Bakı şəhərinin tarixi qəsəbələrinin strukturunda önəmli mövqeyi vardı.

Bu binada, Çar Rusiyasında baş verən1917-ci il kommunist çevrilişindən sonra, (hansı ki, tərkibinə Azərbaycan da daxil idi), 1923-cü ilədək «Bakı qarşılıqlı kredit cəmiyyəti» yerləşdirilmişdi.

Öz növbəsində yaşayış binasının əsas fasadında, binanın mərkəzi və yan hissələrində ümumi silueti möhkəmləndirmək üçün geniş gümbəzvari elementlər yerləşdirilmişdir. Təəssüf ki, 1950- ci illərdə üçüncü mərtəbənin tikintisi zamanı binanın həcm-fəza kompozisiyasını nəzərə almadan gümbəzlər sökülmüş və yaşayış mərtəbəsi əlavə edilmişdi.