28 May küçəsində yaşayış binası

Memar Adolf Eichler

28 may küçəsi, 33-37 ünvanında dörd mərtəbəli yaşayış binası.

Bina iki mərhələdə tikilib: ilkin olaraq 1896-cı ildə - ilk iki mərtəbə qotik elementlərdən istifadə edilməklə, 1950-ci illərdə isə sonrakı iki mərtəbə ucaldılıb.

İlk iki mərtəbə alman memarı Adolf Vilhelm Eihlerin (08.10.1869 – 05.02.1911) yaradıcılığına aid idi.

Binanın həyətində 1908-ci ildə Alman Lüteran Cəmiyyəti tərəfindən istifadəyə verilmiş «Kapelhaus» yerləşir. Qotika üslubunda olan bina həm də dini məktəbin yerləşdiyi yer idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra uzun müddət cəmiyyətin binasından istifadə edilmədi. 1992-ci ilə qədər burada uşaq bağçası fəaliyyət göstərirdi. Daha sonra böyük yanğın olub. Bina alman iş adamlarının ianə etdiyi vəsait hesabına bərpa edilib və bu gün konsert zalı kimi fəaliyyət göstərir. Tədbirlər 1997-ci il oktyabrın 8-də təşkil olunmuş «Kapelhaus» Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən keçirilir.