«Mariinski Qadın Gimnaziyası»nın binası

Memar Nicholas August Ernst Von der Nonne

Sadovaya (indiki Niyazi adına) küçəsində 1887-ci ildə tikilmiş «Mariinski Qadın Gimnaziyasının» binası. Bina rus memarı Mixayil Denisoviç Botov (1855-1886) tərəfindən layihələndirilib. Lakin erkən vəfat etdiyi üçün sifarişçi layihəni tamamlayan alman memar Nikolas Avqust fon der Nonneyə (16.06.1835 – 13.08.1908) müraciət etdi. Binanın təməlinin təntənəli şəkildə qoyulması 1885-ci il iyulun 22-də baş tutub. Təntənəli açılış şənbə günü, 26 sentyabr 1887-ci ildə baş tutdu. Tarixi bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.